Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-da ilk rəsmi səfərdədir.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, səfər proqramına ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden, dövlət departamentinin rəhbəri Con Kerri ilə görüşlər daxil edilib.
Poroşenko və Obama görüşündə Donbasdakı məsələnin sülh yolu ilə həlli müzakirə olunacaq.
Ukrayna prezidenti həmçinin ABŞ konqresinin nümayəndələr palatasının və senatının birgə iclasında çıxış edəcək.
Xatırladaq ki, Ukrayna prezidenti Vaşinqtondan əvvəl Kanadaya səfər edib və burada ölkə rəhbərliyi ilə görüşlər keçirilib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.