İranbu gündən etibarən Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi məlumat yayıb.
"Noyabrın 6-dan Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik", - deyə Salehi qeyd edib.
Onun sözlərinə görə, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".