Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verərək partiya quracağını elan edən sabiq baş nazir Əhməd Davudoğlu mediada yayılan 67 nəfərlik təsisçilər siyahısı barədə ilk dəfə danışıb.
Teleqraf.com xəbər verir ki, Davudoğlu yayılan siyahının xəyali olduğunu açıqlayıb.
"Bizi tanıyanlar bilir. Yekun nəticə əldə etmədən açıqlama verməyi doğru hesab etmirəm. Bu, xəyali siyahıdır", - deyə keçmiş baş nazir söyləyib.
Partiyanın nizamnaməsinin hazırlanma prosesinin davam etdiyini deyən Əhməd Davudoğlu qeyd edib ki, yeni siyasi təşkilatı ilin sonunadək cəmiyyətə təqdim edəcəklər.
O, qurucu heyətin formalaşması üçün cəmiyyətin ayrı-ayrı kəsimi, nüfuzlu insanlarla danışıqlar aparıldığını bildirib.