Meksikanın Oaxaka ştatında polis patruluna edilən hücum nəticəsində 5 nəfər ölüb, iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə KİV-ləri məlumat yayıb.
İnsident bu gün səhər San-Visente-Koatlan yaşayış məntəqəsində baş verib.
Ştatın qubernatoru Alexandro Murat hücumu qınayıb və prokuroru hərtərəfli araşdırma aparmağa çağırıb.
Bir neçə gün öncə Meksikanın sərhəd ştatı olan Sonorada naməlum şəxslərin altı uşaq da daxil olmaqla 9 ABŞ vətəndaşını pusquya ataraq öldürdüyü bildirilmişdi.