Fransanın cənubundakı Herault bölgəsində dünən gecə güclü yağışdan sonra meydana gələn sel 3 nəfərin həyatına son qoyub.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, sel bölgədə bir çox evi su altında qoyub. Nəticədə 2-si qadın olmaqla 3 nəfər həyatını itirib.
Fransa Meterorologiya idarəsindən verilən açıqlamada Herault və Qvardiya şəhərlərində fırtına və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.
Qvardiya bölgəsində selin 6500 evə zərər verdiyi açıqlanıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.