11 Noyabr 2019 14:20
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Puerto Penasko şəhəri yaxınlığında yerləşən çöllük ərazidəki bir çuxurda 10 insan meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, Meksika polisinin verdiyi açıqlamada cəsədlərin ABŞ-la sərhəd bölgədə aşkar edildiyi bildirilib.

Sözügedən yerdə 10 cəsədin tapıldığının bildirildiyi açıqlamada oktyabr ayından bu yana bölgədə aşkar olunan meyit sayının 52-yə çatdığı vurğulanıb.

Açıqlamada az qala hər gün bu bölgədə insan cəsədinə rast gəlindiyi qeyd olunub.

Məlumata görə, narkotik mafiyaları işlədiyi cinayətləri ört-basdır etmək məqsədilə belə üsullardan istifadə edir.

Puerto Penasko vaxtilə Şinalo narkotik karteli ilə rəqiblərinin qarşıdurmasına səhnə olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu