Suriyanın döyüş kiber sistemləri İsrailin hava hücumundan müdafiə sistemlərini bloklayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
İddiaya görə, Suriya tərəfi İsrailin Qəzzadan “Dəmir günbəz” sistemləri vasitəsilə hücuma cəhdin qarşısını alıb:
“Həmin sistemlərin bloklanmasının məntiqli bir cavabı var. Suriyada ancaq Rusiya və İran hərbi qüvvələrində olan kiber döyüş sistemləri İsrailin hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi bölgələrə öz təsirini göstərir. Bu, peyk məlumatları ilə təsdiq edilib”.
İddiaya görə, Suriyaya məxsus kiber döyüş sistemləri İsrailin raket sistemlərini sıradan çıxararaq, Fələstinin İsrail ərazisinə raket zərbələri endirməsinə yol açıb:
“Bundan əvvəl sosial şəbəkədə İsrail raketlərinin iştirakı ilə keçirilən əməliyyatların fotoları və videoları yayılmışdı. Bu videolarda ən maraqlı görüntü isə həmin sistemlərin aktivləşdirilməsindən sonra baş verən spontan partlayış idi”.
Qəzzadakı İslami Cihad radikal qruplaşmasının silahlı qanadı Qüds Səriyyələrinin lideri baha Əbu əl-Attanın öldürülməsindən sonra Fələstindən İsrail ərazilərinə hərbi müdaxilələr başlayıb.