Şimali Koreya xarici işlər nazirinin birinci müavini Tsoy Son Xi bu gün səhər Rusiyaya səfərə yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.
“Səfir Aleksandr Matseqor Rusiyaya səfərə yola düşən KXDR Dövlət Şurasının üzvü, xarici işlər nazirinin birinci müavini Tsoy Son Xini Sunan beynəlxalq hava limanından yola salıb”, – deyə diplomatik nümayəndəliyin “Facebook” səhifəsində bildirilib.
Bundan əvvəl KXDR Ali Xalq Məclisinin sədri Park Txe Son Şimali Koreya lideri Kim Çen Inın Pxenyan və Moskva arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləmişdi.