ABŞ Polşadakı hərbi iştirakını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Mateuş Moravetski bildirib.
“Birləşmiş Ştatlar, bizim güclü müttəfiqimiz, Prezident Anjey Dudanın və milli müdafiə nazirinin səyləri sayəsində ABŞ qüvvələrinin Polşadakı hərbi kontingentini on dəfədən çox gücləndirmək qərarına gəlib”, – deyə baş nazir Seymdə proqram nitqində bildirib.
Bu yay Varşava və Vaşinqton hərbi əməkdaşlıq haqqında birgə bəyannamə imzalayıb. Sənədə görə, hərbi kontingentin sayı indiki 4,5 min nəfərdən min nəfər artırılmalı idi. Tərəflər, həmçinin, hərbçilərin və texnikanın respublika ərazisində yerləşməsi barədə də razılığa gəlib və qərargah yeri kimi Poznan seçilib.