21 Noyabr 2019 11:49
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Prezidenti Kersti Kalyulayd Moskvanın Tallin üçün ən çətin tərəfdaş olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, bundan əlavə, o, Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi barədə fikirlərini dilə gətirib.

“Sirr deyil ki, Rusiya üçün beynəlxalq aktlarda olan öz imzası əhəmiyyət daşımır. Bu vəziyyəti təhlil etdikdən sonra NATO ciddi risklərin olduğu qənaətinə gəldi”, – deyə prezident “EurActiv”ə müsahibəsində deyib.

Estoniya lideri Rusiyanın Tallinə birbaşa təhlükə yaratmadığını NATO-nun öz müttəfiqini 100 faiz qoruya biləcəyi ilə izah edib.

Kalyulayd qeyd edib ki, Estoniya ən çətin tərəfdaşla belə dialoqu davam etdirməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər