23 Noyabr 2019 08:00
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda yüksək vəzifə tutan şəxslərin ikili vətəndaşlığa malik olmasına icazə verilməməsinə baxmayaraq bu ölkənin müdafiə naziri Nəcah əş-Şamari İsveç vətəndaşıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə əş-Şamari Stokholm ətrafındakı şəhərlərdən birində qeydiyyatdadır.

Qeyd edilir ki, İraqın müdafiə naziri İsveçdə başqa adla qeydiyyata düşüb.

Onun burada yaşamaq üçün sənədlərini 2009-cu ildə verdiyi təxmin edilir. Məlumata görə, Nəcah əş-Şamari 2015-ci ildə İsveç pasportu alıb.

Jurnalistlər əş-Şamarinin qeydiyyatda olduğu evin sakinləri ilə görüşüblər. Sakinlərdən biri foto əsasında onu tanıyıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər