Ağ Evdə işləyənlər Prezident Trampın impicment proseduru çərçivəsində Konqresdə ifadə verəcək.
Teleqraf.com xəbər verir ki, bu haqda federal hakim Ketanji Borvn Cakson qərar qəbul edib.
Ağ Ev Nümayəndələr Palatasında araşdırılan impicment çərçivəsində yüksək çinli rəsmilərin “toxunulmazlığı” olduğunu irəli sürməsinə qarşı qərarını açıqlayan Cakson deyib: “250 illik Amerika tarixinə görə, ABŞ prezidentləri kral deyil”.
Hakim bəyan edib ki, verilən qərarla Ağ Evin sabiq hüquq sözçüsü daxil olmaqla çox adam ifadə verməli olacaq.