Suriya dövlətinin nəzarət etdiyi ərazilərdə bütün terrorçular dövlətin qanunlarına tabe olacaq və terrorizm istiqamətində ixtisaslaşan məhkəmələrimizdə cavab verəcəklər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Suriya rejiminin lideri Bəşər Əsəd Fransanın “Paris Match” dərgisinə müsahibəsində deyib.
İŞİD lideri Əbubəkir əl-Bağdadinin öldürülməsi haqda danışan Əsəd deyib ki, bu, nə zaman gündəmə gəlirsə gülür: “Soruşulması vacib olan daha önəmli sual var: Bağdadi həqiqətən öldürüldümü? Amerikalılar tərəfindən səhnəyə qoyulan bu maraqlı oyun həqiqətən baş veribmi?”
İŞİD liderinin öldürülməsindən sonra Trampın Suriyaya təşəkkür etməsinə toxunan Əsəd deyib ki, Tramp zarafat edib: “Bu, Trampın zarafatlarından biridir”.