İraqın Kərkük şəhərində bomba yüklü avtomobil partladılıb.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Kərkükün İmam Kasım bölgəsindəki Silah bazarı qarşısında baş verən hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Partlayış nəticəsində yaxınlıqdakı obyektlərə və maşınlara ciddi ziyan dəydiyi bildirilir.
Polis regionu mühasirəyə alaraq, araşdırmalara başlayıb. Ölü sayının artacağı güman olunur.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.