Səudiyyə Ərəbistanında müxtəlif cinayətlərdə ittiham olunan 4 nəfərə edam cəzası verilib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, daha 16 şəxsə isə 23 il həbs cəzası verilib.
Məhkumlar terror törətməkdə, təhlükəsizlik gücləri ilə silahlı qarşıdurmaya getməkdə, qəsdən adam öldürməkdə, “əl-Qaidə” ilə bağlılıqda, xarici ölkə şirkətlərinə aid təyyarələri qaçırmaqda günahlandırılıblar.
Silah və partlayıcı maddələr almaq, sənədləri saxtalaşdırmaq, qanunsuz silah saxlamaq və xaricdə əcnəbi ölkələrin hərbi qərargahlarına hücum hazırlamaq maddələri ilə təqsirli bilinən 20-i Səudiyyə Ərəbistan vətəndaşı olmaqla 94 nəfərin məhkəmə prosesi keçirilib.
Qalan 74 nəfərin mühakiməsi ilə bağlı açıqlama verilməyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.