22 Sentyabr 2014 15:50
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ona qarşı hava hücumu təşkil edən Fransanı təhdid edib.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, İŞİD sözçüsü Abu Mohammad Əl-Adnani təşkilat üzvlərini Fransa və Amerikaya qarşı döyüşməyə çağırıb.

İnternet üzərindən yayımlanan videomesajda ən gözəl mübarizənin bu ölkələrin vətəndaşlarına hücum edilməsi qeyd edilib: “Ən yaxşı şey, fransız, amerikalı və ya ölkə vətəndaşlarının qətlə yetirilməsidir”.

Qeyd edək ki, Fransa avqust ayından bəri İŞİD-ə qarşı hava hücumunu reallaşdıran ABŞ-dan sonra ikinci ölkə olub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: