3 Yanvar 2020 12:36
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin İraqda öldürülməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, H.Ruhani bununla əlaqədar olaraq xüsusi bəyanatla çıxış edib.

“İran Prezidenti komandan Qasım Süleymaninin vəfatı ilə əlaqədar başsağlığı verir... Əlbəttə, böyük İran xalqı və bölgədəki digər azadlıqsevər ölkələr dəhşətli cinayətinə görə ABŞ-dan qisas alacaqlar”, – deyə ISNA onun bəyanatından sitat gətirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər