3 Yanvar 2020 13:11
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi iranlı general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, “RİA-Novosti”nin bununla bağlı sualına cavab olaraq diplomatik xidmət orqanından deyilib:

“Moskva iranlı general Qasım Süleymaninin Amerikanın Bağdad yaxınlığında raket zərbəsi nəticəsində öldürülməsini bütün bölgədə gərginliyin artmasına səbəb olacaq avantürist addım kimi qiymətləndirir. Süleymani İranın milli maraqlarını qorumaq üçün sədaqətlə xidmət edib”.

“İran xalqına dərin hüznlə başsağlığı veririk”, – Rusiya Xarici İşlər Nazirliyindən qeyd ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər