9 Yanvar 2020 13:52
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Monquno şəhərində yaraqlıların hücumu nəticəsində ən azı 20 əsgər ölüb, 1000-ə yaxın mülki şəxs evlərindən qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” bu ölkənin hərbi dairələrindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı hərbçi Monquno şəhərinə daxil olaraq, hərbi hissələrdən birina hücum edib. Hücumda 750-yə yaxın yaşayış binası dağıdılıb.

Nigeriya silahlı qüvvələrinin nümayəndəsi olaya şərh verməkdən imtina edib.

Nigeriyanın şimal və şimal-şərqində radikal islamçı Boko Haram qrupu fəaliyyət göstərir. Onun hərbçiləri qonşu ölkələrdə - Niger, Kamerun və Çada da hücum edirlər. Boko Haram islam xilafətinin yaradılmasını və Nigeriya daxilində şəriət qanunlarının tətbiq edilməsini istəyir. 2015-ci ilin mart ayında qruplaşma İŞİD terror təşkilatına beyət edib. BMT-nin məlumatına görə, son 10 ildə Nigeriyada Boko Haram tərəfindən 35 min insan öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər