10 Yanvar 2020 18:22
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ilə Avropa İttifaqı Şurasının başçısı Çarlz Miçel arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Ruhani ABŞ-ın fəaliyyəti ilə əlaqədar Avropaya reaksiya verməsi üçün çağırış edib.

İran prezidenti Çarlz Miçelə bildirib ki, Vaşinqtonun yanlış və zərərli addımları İran və bölgəni tanımamasından xəbər verir: “ABŞ tibb və qida məhsullarında belə İrana qarşı sanksiyaları gücləndirib iqtisadi terrora əl atdı. İranın böyük komandanına sui-qəsd təşkil edərək bütün beynəlxalq qaydaları pozdu”.

Ruhaninin sözlərinə görə, Avropa İttifaqı böyük məsuliyyəti olan gücdür: “Regional sülh və sabitliyin möhkəmləndirilməsi niyyətindədirlərsə, Tehran Aİ ilə tərəfdaşlıq və əməkdaşlığa hazır olacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər