İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) elit bölməsinin rəhbəri, general Qasım Süleymani ABŞ-a qarşı bir sıra hücumlar hazırlayırdı, amma bu haqda bizdə konkret məlumat yox idi.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo keçirdiyi mətbuat konfransında məlumat verib.
Pompeonun sözlərinə görə, Qasım Suleimani bir sıra sui-qəsdlər hazırlayırdı: "Dəqiq nə vaxt və harada olacağını bilmirik, amma bu, gerçək idi".
Pompeo ötən il Süleymani ilə əlaqəli qüvvələrin İraqdakı diplomatik nümayəndəliyə hücum etdiyini xatırladıb.
Senatorlar Pompeonun bu açıqlamasını "bərbad və gülməli" adlandırıblar.