İran hava hücumundan müdafiə sistemləri tərəfindən “yanlışlıqla” vurulduğunu iddia etdiyi Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qara qutusunun oxunması üçün Fransaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsinin qəzalarla bağlı ofisinin rəhbəri Həsən Rzayifər açıqlama verib.
Rzayifər bildirib ki, rəsmi Tehran Kanada, ABŞ və Fransadan qara qutunun oxunması üçün lazım olan avadanlıqların İrana göndərilməsini xahiş edib, lakin bu təklif rədd edilib:
“Bu təklifin qəbul olunmamasından sonra qara qutunun oxunması üçün Ukrayna, İsveç, İngiltərə, Kanada və ABŞ kimi ölkələrə göndərilməsinə qərar verdik. Yekunda isə qutunun Fransaya göndərilməsinə razı olduq.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı səhər saatlarında Ukrayna hava yollarına məxsus “Boinq 737” tipli sərnişin təyyarəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən “səhvən” vurulduğunu açıqlayıb.