12 Yanvar 2020 09:52
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tabeliyindəki qüvvələr Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib. Bununla da Bakı vaxtı ilə gecə saat 02-dən etibarən tərəflər arasında atəşkəs elan olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Xəlifə Haftarın tabeliyindəki qüvvələrin sözçüsü Əhmət əl-Mismari sosial mediada məlumat yayıb. O, müraciətində Liviyanın qərbində hərbi əməliyyatlarla bağlı atəşkəs təklifini qəbul etdiklərini, lakin qarşı tərəf atəşkəsi pozarsa buna sərt şəkildə cavab verəcəklərini bildirib.

Atəşkəsin əldə olunması barədə xəbər paytaxt Tripolidə böyük sevinclə qarşılanıb, atəşfəşanlıq olub.

Liviyanın legitimliyi beynəlxalq səviyyədə tanınan, BMT-nin dəstəyi ilə paytaxt Tripolidə yaradılmış Milli Birlik Hökumətinin (MBH) Nəqliyyat Nazirliyi ölkənin dünya ilə yeganə əlaqə vasitəsi olan Mitiqa hava limanını yenidən aviareyslər üçün açıq elan edib.

Atəşkəs elanından sonra Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Liviyada yaranan vəziyyəti müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər