Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklla saraydan ayrılmasına türkiyəli tarixçi, professor İlbər Ortaylı maraqlı münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, tarixçi Meqan Marklın aktrisa ikən daha çox gəlir əldə etdiyini xatırladıb.
"Meqan krallıqdan gələn gəlirlə təmin olunmurdu, çünki ulduz olanda daha çox qazanırdı. Məşhurdur, reklama da çəkilə bilməyəcək. Bütün bunları hesablayıb. Həyat yoldaşının da taxtdakı növbəsi 6-cıdır", - deyə tarixçi qeyd edib.
İlbər Ortaylının sözlərinə görə, kraliça Yelizaveta illərdir ailə daxili və cəmiyyətdəki problemləri qaydasına qoya bilib.