13 Yanvar 2020 19:53
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pedro Sançesin başçılıq etdiyi, 22 üzvdən ibarət hökumət İspaniya demokratiyası tarixində ikinci ən böyük hökumətdir.

Teleqraf.com xəbər verir ki, Pedro Sançes müasir İspaniya demokratiyasında ilk koalisiyalı hökumətə başçılıq edəcək və onun rəhbərlik etdiyi kabinet, üzvlərinin sayına görə ən böyük hökumətlərdən biri olacaq. Buraya prezident, vitse-prezidentlər və nazirlərdən başqa daha 22 üzv daxildir.

İndiyə qədər ən böyük tərkibli hökumət Adolfo Suaeresin hökuməti olub. Onun kabinetinin 23 üzvü vardı.

Pedro Sançes İkinci Respublika dövründən bəri ilk dəfə olaraq solçu “Unidas Podemos” partiyası ilə birgə iclas keçirəcək. Sosialistlərin prezidenti Avropada ikinci ən böyük və çoxsaylı hökumət formalaşdırmağı qərara alıb. Burada rekord sayda – dörd vitse-prezident olacaq.

Pedro Sançesin siyasətinin əsas məqamlarından biri hökumətdə qadınların iştirak etməsidir. O, sonuncu sosial prezident Xose Luis Rodriges Sapaterodan nümunə götürərək gender pariteti yaratmaq istəyib və 11 kişi və 11 qadından ibarət komanda formalaşdırıb. Dörd vitse-prezidentdən 3-ü qadındır. Beləliklə, hətta paritet məsələləri barədə referentlər sayılan Skandinaviya ölkələri də onu üstələməyiblər.

İspaniyanın ən yeni tarixində 1978-ci ildə diktaturadan demokratiyaya keçid anından bəri Pedro Sançesin hökuməti ilk koalisiyalı hökumət olacaq.

Sançes birinci dərəcəli məsələləri sırasında iqtisadi artımın təmin edilməsini, iş yerləri yaradılmasını və Kataloniya məsələsinin həllini qeyd edib.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər