Hakerlər Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zohrabyanın elektron poçtuna hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə deputat Feysbuk səhifəsində yazıb.
Zohrabyan baş verənlərə görə Baş nazir Nikol Paşinyanı ittiham edib və göstərişin ondan gəldiyinə işarə vurub: “Dünən gecə kimsə mənim elektron poçtuma hücum etdi, özünü Ceyms Mayer kimi təqdim etdi. Bu çirkinlikdir. Əminliklə demək istəyirəm ki, nə mənim elektron poçtum, nə də mən kiməsə işləmirik.
Düşündüyüm hər şeyi açıq elan edirəm, hesablarımda bir şey tapmaq üçün əlavə vəsait xərcləmə. Beləliklə, mənim keçmiş redaktorum (Nikol Paşinyan nəzərdə tutulur), sakitcə yerinizdə oturun”.