Türkiyənin İzmir prokurorluğu Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 176 hərbçinin saxlanılmasına order verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin 49 əyalətində Fəthullah Gülən tərəfdarlarının tutulması üçün əməliyyat aparılır.
Şübhəlilər arasında 108 leytenant və baş leytenant, həmçinin 6 “F-16” qırıcı pilotu var. Artıq 115 nəfər tutulub.