14 Yanvar 2020 17:24
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serj Sərkisyan və komandası uzun illər dövləti qəsb etdi, amma onun cinayətkar əməlləri təkcə korrupsiya ilə bağlı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Ermənistan ofisinin rəhbəri Artur Sakunts deyib.

Sakunts Serj Sərkisyan barəsində korrupsiya ittihamı ilə cinayət işi açılması barədə danışıb:

“Serj Sərkisyan təkcə korrupsiya yox, atdığı bir çox addımlar üçün də məsuliyyət daşıyır. Yürütdüyü siyasətin nəticələrini açıq şəkildə görmüşük. Ancaq məsələyə müdrik yanaşmaq lazımdır, çünki korrupsiyanın sistematik mahiyyətinə əsaslanaraq həll edilməli olan bir çox məsələ var. Serj Sərkisyanın özünün sözlərini xatırlatmaq istəyirəm, demişdi ki, kağızda hər şey qaydasında olmalıdır.

O, bunu yerli hökumət başçıları tərəfindən yol verilən çoxsaylı qanun pozuntuları barədə suala cavabında söyləmişdi. Habelə, Serj Sarkisyanın ABŞ-a səfir təyin etdiyi keçmiş baş nazir Tiqran Sərkisyanın istefasına səbəb olan Kipr dənizi skandalı unudulmadı. Yəni, istintaq korrupsiya sxemlərinin sistematik mahiyyəti barədə cavablar verməli və onların cinayət xarakterini ortaya qoymalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər