İranın Böyük Britaniyadakı səfiri Həmid Bəynecad bu ölkənin Xarici İşlər nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Teleqraf.com xəbər verir ki, beynəlxalq konvensiyanın maddələri İran səfirinin diqqətinə çatdırılıb. Bildirilib ki, beynəlxalq konvensiyaya əsasən, səfir toxunulmaz şəxsdir və onun həbs edilməsi yolverilməzdir.
Səfir etiraz notasının hökumətinə çatdıracağını bildirib. Qeyd edib ki, Britaniya səfiri qanunsuz etiraz aksiyasında iştirak edib və polis onu tanımadığına görə saxlayıb. O da qeyd olunub ki, hər bir səfir fəaliyyət göstərdiyi dövlətin qanunlarına hörmətlə yanaşmalıdır.
Xatırladaq ki, yanvarın 12-də Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkeyrin Tehranda keçirilən qanunsuz etiraz aksiyasında iştirak edərkən polis tərəfindən saxlanılıb. Polis bölməsində gətirilən R.Makkeyrin Böyük Britaniyanın İrandakı səfiri olduğunu bildirib. Polis rəisi Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və məsələni aydınlaşdırıb. Saxlanılan şəxsin doğrudan da səfir olduğu müəyyən edildikdən sonra o, sərbəst buraxılıb. Səfir polis bölməsində 1 saatdan bir az artıq qalıb. İran səfirin hərəkətlərini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib və ona xəbərdarlıq edilib.