18 Yanvar 2020 16:51
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da ağır cinayətlərə səbəb olan Səudiyyə Ərəbistanı vətəndaçları Ər-Riyad tərəfindən ölkədən qaçırılır”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) Səudiyyə Ərəbistanı ilə bağlı hesabatında qeyd edilib.

Bu hesabatı ABŞ Konqresi Səudiyyə Ərəbistanın ABŞ-dakı fəaliyyəti ilə əlaqədar tələb edib.

Hesabatda qeyd edilir ki, Səudiyyə hökuməti krallığın eyibini örtmək məqsədilə belə bir vasitədən istifadə edir: “ABŞ hökuməti Səudiyyə Ərəbistanı ilə bu mövzunu müzakirə etməsə və əməkdaşlığı təmin eləməsə, Səudiyyə rəsmilərinin bu fəaliyyətə son qoyacaqları yaxın vaxt üçün mümkün görünmür”.

Böyük bir hissəsi məxfi saxlanılan hesabatda Səudiyyə rəsmilərinin cinayət törədən vətəndaşlarının ABŞ-dan hansı yollarla qaçırıldığına dair bilgiyə rast gəlinmir.


Müəllif: Cavad

Oxşar xəbərlər