20 Yanvar 2020 23:57
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib vilayətində “Cəbhə əl-Nüsra” terror təşkilatının yaraqlıları və Suriya ordusu (Bəşər Əsəd) arasında silahlı qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumatda Suriya ordusunun terror təşkilatının gözlənilməz hücumunu dəf etdiyi bildirilib.

Əbu Dafna kəndi yaxınlığında baş verən qarşıdurma zamanı terrorçular iriçaplı silahlardan istifadə edib. Lakin ağır itki verən terrorçuların geri çəkildiyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər