Anqolanın keçmiş dövlət başçısı Xose Eduardo dos Santosun qızı və kürəkəninin dövlət sərvətlərini korrupsiya yolu ilə mənimsəməsini ifşa edən sənədlər dünyanın nüfuzlu medi qurumlarına sızıdırılıb.
Teleqraf.com xəbər verir ki, Dos Santos həyat yoldaşı Sindika Dokolo ilə birlikdə atasının dövlət başçısı olduğu dövrdə nüfuzundan istifadə edərək, şübhəli sövdələşmələr imzalamaqda və investisiya yatırmaqda ittiham edilir.
Cinayət dosyesi açılan Dos Santosun İngiltərənin paytaxtı Londona yerləşdiyi və bahalı daşınmaz əmlak aldığı bildirilib.
Dos Santosun ittiham olunduğu ən şübhəli dosyelərdən biri Anqola dövlət şirkəti Sonanqolun rəhbərliyində yer aldığı dönəmi əhatə edir. Həmin dövrdə o, Dubayda bir şirkətə 58 milyon dollar ödəyib. Bu ödəmənin edildiyi “Matter Business Solutions”-un sahibinin Dos Santosun yaxın dostu olduğu qeyd edilib.
Habelə, Dos Santosun şirkətdən azad edildiyi gün həmin şirkətin hesabına 100 min dollardan çox vəsait köçürdüyü ortaya çıxıb.
Keçmiş dövlət başçısının qızının zənginləşməsində önəmli rol oynayan başqa bir məsələ isə Portuqaliyada fəaliyyət göstərən “Galp” şirkətidir. Dos Santos 2006-cı ildə sözügedən şirkətin səhmlərini satın alıb. Onun şirkətdə sahib olduğu səhmlərin ümumi dəyəri 830 milyon dollardır.
Dos Santosun həyat yoldaşı Dokolo isə ölkədə almaz sektoruna qanunsuz yatırım etməkdə ittiham edilir. O, 2012-ci ildə 4 milyon dollar investisiya yatıraraq, “Sodiam” almaz şirkətinə ortaq olub. Keçmiş dövlət başçısı isə kürəkəninə səbəst almaz satışına icazə verən xüsusi imtiyaz tanıyıb. Dokolonun bu məqsədlə və almaz biznesini genişləndirmək üçün “De Grisogo” adlı şirkətə ilkin olaraq 4 milyard dollar investisiya yatırıb.
Bundan başqa, paytaxt Luandada böyük torpaq ərazilərinə sahib olan Dos Santos yüz minlərlə insanın öz evindən qanunsuz yolla çıxarılmasına da səbəb olub. Xüsusən dənizkənarı əraziləri hədəfə alan keçmiş dövlət başçısının qızı bu layihələrə milyardlarla dollar maddi vəsait xərcləyib.
Dos Santos, eyni zamanda ölkənin ən böyük mobil telefon operatoru “Unitel”in səhmlərinin 25%-nin sahibi olub. Onun “Unitel”-dən 1 milyard dollar qazanc əldə etdiyi, buradakı səhmlərinin dəyərinin təxminən 1 milyard dollar olduğu vurğulanıb.