Ağ Ev Yutub hesabındakı paylaşımında xətaya yol verib.
Teleqraf.com xəbər verir ki, videonun “Prezident Tramp İran Prezidenti ilə görüşdü” başlığı ilə təqdimatı geniş müzakirələrə səbəb olub.
Davos İqtisadi Forumu çərçivəsində İraq Prezidenti Bərham Salehlə bir araya gələn Trampın tərəf-müqabilinin adındakı yanlışlıq sosial mediada ajiotaj yaradıb.
Bağdadda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi bölməsinin rəisi Qasım Süleymaninin öldürülməsindən sonra İranla yaşanan gərginlik fonunda Ağ Evin bu səhvini bəzi istifadəçilər ad oxşarlığı kimi qiymətləndiriblər.
Trampın Salehlə ikitərəfli görüşündən sonra keçirilən mətbuat konfransı ilə bağlı yayılan videoya isə ABŞ prezidentinin “İraq prezidenti ilə birlikdə olmaq möhtəşəmdir” sitatı başlıq seçilib.