24 Yanvar 2020 11:34
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Vuxan şəhərindən yayılan yeni növ koronavirusa (2019-NCoV) yoluxanların sayı 830-a, ölü sayı isə 26 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, həyatını itirənlərin əksəriyyəti 80 yaşdan yuxarı insanlardır.

Virusa yoluxan 830 nəfərin 177-nin vəziyyətinin ağır olduğu bildirilib. Xüsusi nəzarətə götürülən şübhəlilərin sayı isə 8 min nəfərdən çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prezidenti Tedros Adhanom Gebreyesus isə beynəlxalq səviyyədə həyəcan təbili çalmaq üçün hələ tez olduğunu deyib.

Tedros ÜST-ün virusu yaxından izlədiyini bildirib.

Virus Çin və Honq Konqdan sonra ABŞ, Yaponiya, Cənubi Koreya, Tailand, Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanına sıçrayıb.

“Vuxan virusu” nəfəs və öskürmə yolu ilə yayılır. NCoV virusunun ilk əlamətləri yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı, tənəffüs yoluna tıxanma və ishaldır. Sətəlcəm və böyrək çatışmazlığına yol aça bilən koronavirus ölümcül ola bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər