Malayziyada 3 nəfər koronavirusa yoluxub.
Bu barədə Malayziyanın səhiyyə naziri Dzulkefli Ahmad məlumat verib.
Bildirilib ki, hər üç xəstə Çin vətəndaşıdır. Onların hazırda Sinqapurda koronavirusdan müalicə olunan bir nəfərdən yoluxduğu deyilir.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 1280-i ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələri hazır olmağı tövsiyə edib./Report/