Kreml BMT Təhlükəsizlik Şurasının 5 daimi ölkəsinin liderlərinə zirvə toplantısı keçirməyi təklif edir.
Teleqraf.com xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlərin liderlərinə bununla bağlı məktub göndərəcək.
Kremlidə hesab edirlər ki, Liviya da daxil olmaqla dünyada bir sıra problemlər öz həllini gözləyir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin tərəfindən yazılacaq məktub yaxın günlərdə ünvanlarına çatdırılacaq.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında Rusiya ilə bərabər ABŞ, Fransa, İngiltərə və Çin var.