Malidə hərbi hissəyə silahlı hücum nəticəsində ən azı 20 hərbçi öldürülüb.
Teleqraf.com xəbər verir ki, hücum zamanı həmçinin xeyli sayda hərbçi yaralanıb.
Qanlı hücumun 10 silahlı şəxs tərəfindən həyata keçirildiyi bildirilib.
Olayla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Bölgədə irimiqyaslı əməliyyatlar başladılıb.