27 Yanvar 2020 10:25
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyadakı qiyamçı general Xəlifə Haftara bağlı hərbi qüvvələrin sözçüsü Əhməd əl-Mismari Misrata şəhərinə hücumu müdafiə məqsədi üçün təşkil etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Mismari Liviya Milli Hökumətinə bağlı qüvvələrin bölgədə hərbi əməliyyatlara başladığını iddia edib.

O, Liviyadakı münaqişə üçün diplomatik həll yollarının tükəndiyini bildirib:

“Liviyadakı münaqişənin həlli siyasətə yox, silaha bağlıdır”.

Əlavə edək ki, ötən həftə Haftar və Liviya Milli Hökuməti Berlində keçirilən görüşdə atəşkəs sazişi imzalamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər