27 Yanvar 2020 11:36
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli elm adamları ölkəni cənginə almış koronavirusun kök hüceyrələrini ayıraraq, zərərsizləşdirə bildiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin əməkdaşı Xu Venbo məlumat verib.

Araşdırmanın detalları barədə geniş açıqlama yoxdur.

Virusa bağlı xəstəlik hələlik Çin xaricində çox az ölkədə rast gəlinib. Avstraliya, Yaponiya, Tailand, Malayziya, ABŞ, İsrail, Fransa, Kanada, Cənubi Koreya və Vyetnam kimi ölkələrdə təxminən 3 yoluxma halı qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər