Misir Prezidenti Əbdülfəttah Sisi administrasiyası Qahirə Universitetinin müəllimlərinə niqab taxmağı qadağan edib.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarına əsasən şəxsin geyim seçmə azadlığı Konstitusiya ilə təsbit olunsa da, bu azadlıq qanunlar, qaydalar, inzibati qərarlar, iş ənənələri ilə nəzərdə tutulmuş məhdudiyyətləri özündə ehtiva edir.
Əl-Əzhər Universitetinin hüquq professoru Amna Nasir örtüyün İslamda zəruri olmadığını, yəhudilərin ənənəsi olduğunu və Quranla ziddiyyət təşkil etdiyini söyləyib.