28 Yanvar 2020 12:13
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin başçılıq etdiyi nümayəndə heyəti Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Dəməşqdə baş tutan görüşdə Hələb və İdlibdə terrorçuların hücumları və Suriya ordusunun əməliyyatları barədə müzakirə aparılıb.

Əsəd və rusiyalı rəsmilər Suriyada terrorçular təmizlənənə qədər mübarizə aparılmasının vacibliyini vurğulayıblar.

Eləcə də Suriya məsələsinin siyasi yolla həllinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xarici müdaxilə pislənilib.

Rusiya Xarici İşlər Nazirliyini görüşlə bağlı yaydığı açıqlamada tərəflərin Suriyadakı vəziyyət, insan haqları və siyasi həll yolu barədə müzakirə etdiyi bildirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər