28 Yanvar 2020 13:51
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu pisləyən İraq Kürd Regional Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani bu addımın təkrarlanacağı təqdirdə ölkə üçün pis nəticələnəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Bərzani səfirlik və diplomatik nümayəndəliklərin qorunmasında hökumətin məsuliyyət daşıdığını söyləyib:

“Diplomatların hədəfə çevrilməsinə icazə verilməməlidir. ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu pisləyirik. Bu cür hücumlar birbaşa İraqın sabitliyi və maraqlarını təhdid edir. Bu, təkrarlanarsa və ya davam edərsə, ölkə üçün pis nəticələrə gətirib çıxaracaq”.

Qeyd edək ki, Bağdadda ABŞ səfirliyinə dünən təşkil olunan raketlə hücum zamanı 3 nəfər yaralanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər