29 Yanvar 2020 12:20
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana və digərlərinə qarşı cinayət işini ittiham aktı ilə məhkəməyə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 20-də Serj Sərkisyan və digərlərinə qarşı cinayət işi üzrə istintaq tamamlanıb və iş məhkəməyə təqdim olunmaq üçün nəzarətçi prokurora göndərilmişdi.

Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə aşağıdakı şəxslərə qarşı ittihamlar irəli sürülüb: keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, keçmiş prezident Serj Sərkisyan, “Flash” MMC-nin sahibi Barseq Beqlaryan, keçmiş kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və eyni nazirliyin bitki istehsalı şöbəsinin müdiri Gevorq Arutyunyan.

Serj Sərkisyan prezident olarkən vəzifə səlahiyyətlərindən istifadə edərək, ayrı-ayrı şəxslərdən 1 milyon dollar mənimsəməkdə ittiham olunur.

İttiham təsdiq olunacağı halda kemiş prezident həbs ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər