31 Yanvar 2020 09:14
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları dünyanın ən məşhur mumiyasının ölüm səbəbini müəyyən edib.

Teleqraf.com xəbər verir ki, dünyada ən çox tanınan mumiya Takabutinin ölüm səbəbi əsrlərdir sirr olaraq qalırdı.

2600 yaşlı Takabuti bir qadındır. Elm adamları “X-ray” və “CT” üsulu ilə sirri çözməyi bacarıb. Araşdırma nəticəsində Takabutinin ağzında və onurğa sütununda artıq bir diş və onurğa sümüyünün olduğu üzə çıxıb.

İrlandiyada bir muzeydə sərgilənın mumiya ilə bağlı aparılan axtarışlar Takabutinin 20 yaşlarında kürəyindən bıçaqlanaraq öldürüldüyünü müəyyən edib.

Takabutinin qədim Misirin Lukzor şəhrində yaşayan zəngin və əhəmiyyətli bir qadın olduğu bildirilir. Takabuti 1834-cü ildə İrlandiyaya gətirilərək ilk dəfə tabuta qoyulub.

Elm adamları gənc qadının sol çiyninin üst hissəsindən bıçaqlandığı və bunun ölümə səbəb olduğunu iddia edir.

Əsrlərdir mumiyanın ürəyini də tapmaq mümkün olmurdu. Uzun müddət davam edən araşdırmadan sonra elm adamları Takabutinin ürəyini sinəsinin dərinliyində kiçilmiş halda tapıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər