31 Yanvar 2020 22:11
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizə aparan Çin Prezidenti Si Szinpinə teleqram göndərərək yardım təklifi edib.

Teleqraf.com xəbər verir ki, Putin Çin xalqına lazımi kömək göstərməyə hazır olduğunu bəyan edib.

Rusiya prezideti görüləcək ciddi tədbirlər sayəsində epidemiyanın yayılmasının qarşısının alınacağına əmin olduğunu vurğulayıb.

Vladimir Putin virus nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib, xəstəliyə tutulanlara şəfa diləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər