Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ABŞ-a səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xаrici İşlər Nаzirliyi məlumat yayıb.
Fevralın 4-də ABŞ Dövlət katibi Mayk Pompeonun dəvəti ilə baş tutacaq səfər fevralın 7-də yekunlaşacaq.
David Zalkaliani Vaşinqtonda koalisiyaya üzv ölkələrin xarici işlər nazirlərinin din azadlığı mövzusunda keçiriləcək görüşündə iştirak edəcək.