2 Fevral 2020 17:29
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda səhra çəyirtkələrinin “hücumu” ilə bağlı fövqəladə vəziyyət elan olunub.

Teleqraf.com xəbər verir ki, ölkə son 20 ilin ən böyük çəyirtkə “hücumu” ilə qarşılaşıb. Çəyirtkələrin qarşısını almaq üçün hökumətin imkanları məhduddur.

Pakistanın İnformasiya naziri Firdus Amik Avan bildirib ki, çəyirtkələrin “hücumu” ərzaq təhlükəsizliyi baxımından çox qorxuludur və kənd təsərrüfatına böyük zərər vurur.

Xatırladaq ki, ötən ilin yayında Pakistana İran ərazisindən keçən çəyirtkələr ölkənin cənub-qərb rayonlarındakı pambıq tarlalarına, buğda və qarğıdalı zəmilərinə böyük ziyan vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər