Ötən ilin sonlarından bu yana İraqda baş verən etiraz aksiyaları zamanı 556 nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın Ali İnsan Haqları Komissarlığının üzvü Əli Bayatlının ofisinin yaydığı hesabatda bildirilib.
Hesabat qeyd edilib ki, bu rəqəmə şübhə edənlər ortaya dəlil və faktlar qoymalıdır.
Beynəlxalq Amnistiya Təşkilarının hesabatlarında və İraq Prezidenti Bəhram Salihinin açıqlamasında isə aksiyalar zamanı 600 nəfərdən artıq insanın öldüyü ifadə edilib.