Misir və İsrail arasındakı qaz kəmərinə naməlum şəxslər tərəfindən hücum təşkil edilib.
Teleqraf.com xəbər verir ki, Sinay yarımadasının şimalındakı Əl-Əbd bölgəsindəki qaz boru xəttinə partlayıcılarla edilən hücumu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
İsrailin enerji naziri Yuval Steinitz partlayışın qaz təchizatına təsir etmədiyini və faktla bağlı araşdırma aparıldığını açıqlayıb: “Hazırda təbii qaz İsraildən Misirə gedir. Tərəflərin razılığı ilə koordinasiyalı şəkildə nazirlik tərəfindən araşdırmalar davam edir”.