"Mən İstanbul bələdiyyə başqanına cavab verəcək qədər səviyyəmi itirməmişəm".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğam İstanbul bələdiyyə başqamı Əkrəm İmamoğlunun qadınları aşağılayan bələdiyyə nümayəndəsi Yeşim Meltem Şişli haqqında təhqiqat işlərinə başlanıldığına dair açıqlamasına münasibət bildirərkən qedy edib.
Xatırladaq ki, Şişli işçi qadınlarla görüşdə aşağıdakı ifadələri işlədib.
"Bu isti havada baş örtüyünü necə istifadə edə bilirsiniz? Qapalı olmaq çətin deyil? Üstəlik hamınız subaysınız. İstəsəniz sizi bu axşam kişilərlə bir araya gıtirim, tanış olarsınız".
Ə.İmamoğlu M.Şişli haqqında bələdiyyə daxilində araşdırma aparıldığını bildirib.